Mürərrikinin həcmi az olan avtomobillər icbari sığorta olunmur?

Mürərrikinin həcmi az olan avtomobillər icbari sığorta olunmur?

Dünyanın bir çox yerlərində olduğu kimi Azərbaycanda da nəqliyyat vasitələri icbari sığorta olunur.

Avtomobillərin icbari sığortası ildə bir dəfə yenilənir və bu sığorta yenilənməyəndə avtomobil cərimələnir. Əlbəttə icbari sığortanın olması çox yaxşıdı, ən azından qəza olanda qarşıdakı avtomobilə, obyektə dəyən zərər ödənilir. Ancaq bəzi hallarda avtomobi icbari sığorta etmək çətinləşir. İzləyicilərimizdən gələn müraciətə görə bir çox sığorta agentləri mühərrikinin həcmi 2000 kubmetrdən az olan avtomobilləri sığorta etməkdən imtina edir.

Məsələ ilə bağlı 1news.az-a danışan sığorta sahəsi üzrə ekspert İlkin İbrahimov bildirib ki, Bakı şəhərində 2 motora kimi avtomobillər, “BakuBus” avtobusları istisna olmaqla avtobusları sığorta şirkətləri yox, sığorta agentləri sığortalamaqdan imtina edirlər.

“Bunun səbəbi ondan ibarətdir ki, sığorta agenti sığorta şirkətlərinin sığorta məhsullarını satırlar. Mühərrikin həcmi 2000 kubmetrə qədər olan avtomobillər sərf etmədiyindən və avtobuslarda qəza çox olduğundan sığorta şirkətləri komissiya vermirlər. Komissiya verməyəndə də sığorta agentliyi həmin məhsulları satmaqdan imtina edirlər. Sığorta agentlərinə sərf etmədiyinə görə müştərilərə deyirlər ki, sığorta şirkəti 2 motordan aşağı mühərrikli avtomobilləri sığorta etmir”.